Millimizin oyununda alman hakimlər
10.10.2023 - 12:41
Estoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq matçı Almaniyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Oktyabrın 13-də keçiriləcək görüşün baş hakimi Robert Şröder olacaq. Ona Kristian Gittelmann və Robert Vessel kömək edəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstubner yerinə yetirəcək.
Qeyd edək ki, Estoniya – Azərbaycan matçı “Le Kok Arena”da keçiriləcək.
- Braziliya millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ
- "Sumqayıt"da ciddi problem: KEHAT MÖVSÜMÜ BİTİRDİ
- Premyer Liqa oyunçusunun "Qalatasaray"a keçidi baş tutmadı
- “Qarabağ” - “Ferentsvaroş” matçının biletləri satışa çıxarılacaq
- Rəşad Eyyubov: "Bu mövsüm çempionatın taleyi yalnız "Qarabağ"ın əlindədir"
0
0