"Qalatasaray" liderliyə 90+5 qolu ilə yüksəldi
29.12.2022 - 23:04
Türkiyə Superliqasında XVI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, sonuncu oyun günündə 3 matç keçirilib.
"Girəsunspor" "Qaziantep"ə 2:1, "Qalatasaray" "Sivasspor"a 2:1, "Beşiktaş" isə "Adana Dəmirspor"a 1:0 hesabı ilə qalib gəlib. "Qalatasaray" qələbə qolunu 90+5-ci dəqiqədə vurub. Qolun müəllifi 73-cü dəqiqədə Bafetimbi Qomisi əvəzləyərək meydana girmiş Barış Yılmaz olub.
Bu nəticədən sonra "Qalatasaray" xalını 33-ə yüksəldib və yenidən liderliyə yüksəlib. "Cim Bom"u 1 xal fərqlə əzəli rəqibi "Fənərbağça" izləyir.
- Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlər açıqlandı
- Cüdoçumuz Fransada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək
- "Eqnatiya"nın idman direktoru: "Vüsalın transferindən gəlir əldə etdik" - Özəl
- Marko Asensio “Fənərbaxça”da - RƏSMİ
- "Neftçi"nin 2 futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
0
0