“Qarabağ” “Dinamo Zaqreb”ə qarşı - YENİLƏNİR
28.10.2026 - 11:54
“Qarabağ” “Dinamo Zaqreb”ə qarşı - YENİLƏNİR

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə start verəcək.

Apasport.az xəbər verir ki, komanda bu gün "Dinamo Zaqreb"in müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

II təsnifat mərhələsinin ilk oyunu "Azərsun Arena"da, saat 15:30-da başlayacaq.

Qeyd edək ki, cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.