İkardi "Trabzonspor"la matçı buraxacaq
15.01.2024 - 13:50
"Qalatasaray"ın hücumçusu Mauro İkardi "Trabzonspor"la keçirilən matçı buraxa bilər.
Apasport.az xəbər verir ki, buna səbəb argentinalı futbolçunun Super Liqanın 18-ci həftəsində keçirilən "Fənərbaxça" ilə oyunda zədələnməsi olub.
30 yaşlı forvardın əvvəlcə oynayacağı planlaşdırılsa da, vəziyyəti yaxşı olmadığı üçün meydana çıxması çətinləşib.
Təcrübəli hücumçunun ağrılarının davam etdiyi və böyük ehtimalla "bordo-mavilər"lə görüşü buraxacağı bildirilib.
Qeyd edək ki, İkardi çıxdığı 17 matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qrem Torilya: "Bizi Bakıda çətin cavab oyunu gözləyir"
- “Beşiktaş” konqresində gərginlik - KEÇMİŞ PREZİDENT YUMRUQLANDI - VİDEO
- Artim Şakiri: "2 qırmızı vərəqə ilə istənilən rəqibə qarşı oynamaq ağırdır"
- AVRO-2028 və AVRO-2032-yə namizədlər rəsmiləşdi
- “Qarabağ” – “Sürix” matçı bosniyalı hakimə tapşırıldı
0
0