“Qəbələ” “Orenburq”la heç-heçə oynadı
15.07.2023 - 20:04

Bolu şəhərində təlim-məşq toplanışı keçən “Qəbələ” ikinci yoxlama oyununda qüvvəsini sınayıb.
Apasport.az saytı xəbər verir ki, komanda “Orenburq”la heç-heçə oynayıb.
Qarşılaşmanın birinci hissəssində qapılara qol vurulmayıb. Fasilədən sonra “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov hesabı açıb. O, 50-ci dəqiqədə fərqlənib. Oyunun qalan dəqiqələrində Rusiya futbolçuları bərabərlik qolunu vura biliblər. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama matçında “Sukleya”ya (Moldova) 4:2 hesabı ilə qalib gəlib.
- Barış Şimşək: “Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı” - VİDEO
- Renat Dadaşov yeni komandasında qol hesabını açıb
- Dino Ndolovu: “Qarabağ”a qayıtmaq istədiyim heç kimə sirr deyil" - Müsahibə
- Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə
- Bakıda keçiriləcək milli komandaların yarışının ünvanı bəlli oldu
0
0