Kişi voleybolçular arasında Azərbaycan çempionatının başlama vaxtı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb.
Voleybol üzrə kişilər arasında 2023-2024-cü illər mövsümündə Azərbaycan çempionatının ilk oyunu noyabrın 16-da baş tutacaq. Həmin gün 1-ci tur çərçivəsində “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər. Qarşılaşma 15:00-da başlayacaq. Ardınca saat 17:30-da isə “AZERRAIL” və MOİK komandaları görüşəcəklər.
Qeyd edək ki, turun və kişilər arasında ölkə çempionatının ilk qarşılaşması “Neftçi” - “Murov Az Terminal” “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Hər iki görüş GİN-nin Voleybol Mərkəzində keçiriləcək.
- “İnter” mövsümü “dördlüy”də bitirəcək
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
- Rəşad Sadıqov: “Qiymətləndirmək zamanı deyil" - VİDEO
- Dünya Qadın Seriyası: Qəbələ mərhələsi start götürür