Azərbaycan millisi "FIFA Series - 2026" turnirində Syerra Leone yığması ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Qismət Alıyev matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.
"Sabah millimiz üçün daha bir önəmli matç olacaq. Bizim üçün belə oyunların olması Millətlər Liqası görüşləri öncəsi daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək".
- Millidə mövqeyində yalnız Abdulla Rzayev var. Sağ cinah müdafiəsində rəqabətsizlik var. Bu, sənin millidəki durumuna necə təsir göstərir?
- "Zirə"də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdir.