![Rusiya UEFA-dan çıxmaq üçün müraciət edəcək](https://apasport.az/storage/news/2022/december/23/big/63a605107d01e63a605107d01f167182465663a605107d01a63a605107d01c.jpg)
Rusiya Futbol İttifaqı (RFİ) UEFA-nı Asiya Futbol Konfederasiyasına (AFK) dəyişmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə RFİ-nin vitse-prezidenti Denis Solovyov bildirib.
O, qeyd edib ki, qurumun UEFA-dan AFK-ya mümkün keçidi ilə bağlı qərar yeni ilə qədər verilməlidir: “Qərar 31 dekabr 2022-ci ilə qədər veriləcək. Fakt budur ki, maliyyə ilinin son gününə kimi UEFA-dan çıxmaq üçün müraciət etməsək, o zaman 2024-cü ilin iyulunda məsələmizə baxacaqlarını deyə bilərlər. Beləliklə, ilyarım itiririk. Əgər üzvlükdən çıxmaq barədə qərar qəbul etsək, o zaman onlara ayın 31-nə qədər məlumat verilməlidir. Onda UEFA 6 ay ərzində bizim məsələyə baxmalıdır”.
Qeyd edək ki, RFİ UEFA-nın Rusiya millisi və klublarını cəzalandırmasından narazıdır.