UEFA Avropa Liqasının ½ finalının ilk qarşlaşmaları İtaliyada keçirilib.
Apasport.az-ın məlumatına görə, “Roma” evdə qələbə qazansa da, “Yuventus” eyni uğuru təkrarlaya bilməyib.
Ötən mövsüm Konfrans Liqasının qalibi olan “Roma” Avropa Liqasında da final oynamağa çox yaxındır. Bunun üçün Joze Maurinyonun komandasına səfərdən heç-heçə ilə dönmək kifayət edəcək.
“Yuve” isə “Sevilya” ilə görüşdə son saniyə qolu sayəsində məğlubiyyətdən qaçıb. Birinci hissədə El Nesiri qonaqları hesabda irəli çıxarıb. “Qoca Sinyora” yalnız 97-ci dəqiqədə ümid qolunu vura bilib.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
“Yuventus” – “Sevilya” – 1:1
Qollar: Qatti – 90+7 – El Nesiri, 26
“Roma” – “Bayer” L – 1:0
Qol: Bove, 63
- Qusar derbisində “lotereya”: “Qaradağ Lökbatan”ın rəqibi dəqiqləşdi
- “Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la yox, “Ferensvaroş”la oynamaq istərdim”
- "Qalatasaray" – "Atletiko" matçı bu kanalda
- "İnter" vacib oyunçusunu itirə bilər
- Musa Qurbanlı: "Estoniya ilə matçın nə qədər vacib olduğunu dərk edirik"