Azərbaycan çempionatının ilk günündə 38 döyüş keçirilib
16.12.2024 - 15:15
Kişi və qadın boksçular arasında Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, 41 komandanın 200 idmançısının qatıldığı yarışın ilk günündə 38 döyüş baş tutub.
10 çəki dərəcəsində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığma üzvlərindən İlqar Salahov, Ümid Rüstəmov, Kamil Babayev və Ömər Aslanlı ilk döyüşündə qalib gəliblər.
Qeyd edək ki, yarışa dekabrın 20-də yekun vurulacaq. Boks Mərkəzində keçirilən çempionatda hər gün döyüşlər saat 12:00-da start götürəcək.
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
- PSJ-nin iki futbolçusu "Barselona" ilə oyun öncəsi məşqləri bərpa edib
- Ramin Əhmədov: "Limitin ləğv edilməsi bəlkə də yaxşıdır"
- Ölkə kubokunun yarımfinal mərhələsi rəqəmlərin gözü ilə
- Belçikalı futbolçu “Trabzonspor”da - RƏSMİ
0
0