
Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Lazizbek Mullajonov (92 kq) Bakıya gəlib.
Apasport.az xəbər verir ki, Özbəkistanlı boksçu ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtımızda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.
Olimpiya çempionu ağır çəkili boksçularımız Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək. Bu onların turnirə yaxşı hazırlaşması üçün faydalı olacaq.
Qeyd edək ki, Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Parisdəki Olimpiadanın finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.
- “Eqnatiya”nın idman direktoru: “Qarabağ”la bunu müzakirə etməliyik" - Açıqlama
- “Neftçi”dən 500-cü qələbə
- Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək
- Avro 2024-ün 1/8 final mərhələsinin ən yaxşı qoluna namizədlər bəlli olub
- "Barselona" Messinin qayıtması üçün maliyyə strategiya hazırladı