Paris-2024: Nigeriyalı boksçu Olimpiadadan uzaqlaşdırılıb
28.07.2024 - 17:47
![Paris-2024: Nigeriyalı boksçu Olimpiadadan uzaqlaşdırılıb](https://apasport.az/storage/news/2024/july/28/big/66a6497b16cd166a6497b16cd2172217381966a6497b16ccf66a6497b16cd0.webp)
Nigeriyalı boksçu Sintiya Temitayo Oqunsemilore (60 kq) Paris-2024 Olimpiadasından dikvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.
İdmançının iyulun 25-də verdiyi analizin cavabı müsbət olub. Onun qanında qadağan olunmuş maddə aşkarlanıb.
Qeyd edək ki, Oqunsemilore ilk görüşünü iyulun 28-də keçirməli idi.
0
0