Qadın boksçularımız Türkiyə millisi ilə hazırlıq keçəcək
18.10.2025 - 13:12
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, yığmamız oktyabrın 18-dən 27-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.
Məşqçilər korpusu hazırlığa Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) cəlb ediblər.
Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.
- Sərxan Hacıyev: “Yerli məşqçi təyinatı ilə bağlı məlumat veriləcək”
- Super Liqa: "Konyaspor" və "Qaziantepspor"dan evdə qələbə
- "Sabah"ın avrokuboklardakı növbəti rəqibi bəlli olur
- Sənan Qurbanov oğlunun “Neftçi”də əsas heyətdə oynamasından danışdı - MÜSAHİBƏ
- PFL rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb
0
0