Super Liqa: "Konyaspor" və "Qaziantepspor"dan evdə qələbə
03.03.2025 - 19:51
Super Liqa: "Konyaspor" və "Qaziantepspor"dan evdə qələbə

Türkiyə Super Liqasında XXVI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, eyni vaxtda 2 görüş keçirilib.

“Qaziantepspor” öz meydanında “Eyüpspor”la üz-üzə gəlib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçında “Konyaspor” doğma azarkeşlər önündə “Trabzonspor”u sınağa çəkib. 

Matçın taleyini 1 qol həll edib. Ümit Nayirin penaltidən vurduğu qol “Konyaspor”a 3 xal qazandırıb – 1:0.

Türkiyə Super Liqası
XXVI tur

17:00. “Qaziantepspor” – “Eyüpspor” – 3:1
17:00. “Konyaspor” - “Trabzonspor” – 1:0