Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 3 medal qazanıb
03.02.2025 - 01:14

1-2 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun verilib.
Apasport.az xəbər verir ki, turnirdə cüdoçularımız 1 qızıl və 2 bürünc medal qazanıb.
Azərbaycan cüdoçuları medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.
İlk yarış günü (66 kq) çəkidə Ruslan Paşayev qızıl, (73 kq) çəkidə Rəşid Məmmədəliyev bürünc medal əldə edib.
İkinci yarış günündə (81 kq) çəkidə Ömər Rəcəbli bürünc medal qazanıb. Üçüncü yer uğrunda rəqibi yaponiyalı Yoşito Hojo zədə səbəbindən görüşə çıxmadığı üçün qələbə Ömərə verilib.
- Kurban Berdıyev: "Heyətimizdən asılı olmayaraq, hədəflərimiz böyükdür"
- Premyer Liqa: "Kəpəz”dən I Liqa yolunda daha bir əmin addım - YENİLƏNİB
- “Turan Tovuz”da irqçiliyə qarşı mübarizə üzrə təlim keçirildi
- Krunoslav Renduliç: “Mançester Siti” də 5 oyundur məğlub olur”
- İsveç - Azərbaycan matçının təyinatları bəlli olub
0
0