Fransalı müdafiəçi “Milan”da qalmağa qərar verdi
21.09.2022 - 12:51
![Fransalı müdafiəçi “Milan”da qalmağa qərar verdi](https://apasport.az/storage/news/2022/september/21/big/632ad0a4e611f632ad0a4e61201663750308632ad0a4e611d632ad0a4e611e.jpg)
“Milan” futbolçusu Pyer Kalyulyu ilə müqaviləni uzatmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, müdafiəçi onunla yeni anlaşma imzalamaq fikrində olan klubun istəyi ilə razıdır.
Bunu Pyerin özü açıqlayıb. O bildirib ki, “Milan”da qalmağın tərəfdarıdır: “Əgər hər şey indiki kimi getsə, biz titullar qazansaq, mən də start heyətində oynasam, yalnız bir arzum olacaq: “Milan”da qalmaq”.
Qeyd edək ki, 22 yaşlı fransalı 2020-ci ildə “Lion”dan İtaliya klubuna keçib.
0
0