
Martın 18-də cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil edilən ilk adaptiv cüdo turnirində xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
Apasport.az xəbər verir ki, “Adaptiv cüdo” layihəsi çərçivəsində baş tutan yarış 21 Mart – Beynəlxalq Daun Sindromu Gününə həsr olunub.
Turnirin açılışında çıxış edən ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, federasiyanın əsas prioritetlərindən biri cüdonu hər kəs üçün əlçatan etmək və sağlam, inklüziv mühiti təşviq etməkdir. O, yarışın sponsor və tərəfdaşlarına dəstəyə görə minnətdarlığını bildirib, həmçinin yarış iştirakçılarının gələcəkdə cüdoda daha böyük uğurlar qazanacaqlarına və ölkəmizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib.
“Yango Azərbaycan” şirkətinin rəhbəri Müşfiq Həsənov isə çıxışında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün adaptiv cüdonun fiziki aktivliyi artırmaq, psixoloji sağlamlığa müsbət təsir göstərmək və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Yarışın yekununda qaliblər medal və diplomlarla təltif olunublar. “Azercell Telekom”, “Yango Azərbaycan” və “Sağlam Həyat” klinikası tərəfindən iştirakçılara hədiyyələr təqdim edilib. Bundan əlavə, adaptiv cüdo məşqçilərinə təşəkkür plaketləri təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və onların özünəinamını artırmaqdır. Layihə cüdonun əsas dəyərlərini aşılamaqla yanaşı, uşaqların fiziki aktivliyini və əqli sağlamlığını inkişaf etdirməyi də hədəfləyir
- Lukas Afriko: "Qarabağ"ın futbolçusu qarşılaşdığım ən yaxşı hücumçudur" - Müsahibə
- “Çelsi”nin sabiq baş məşqçisi ABŞ millisi ilə anlaşıb
- "Arsenal" İtaliya millisinin ulduzunu izləyir
- "Neftçi"nin yarımmüdafiəçisi XXI əsrdə bunu bacaran 10-cu futbolçu oldu
- “Neftçi”nin “Zirə” və "Qarabağ"la oyunlarının vaxtı açıqlandı