Şahmatçılarımız Avropa ikincisi olublar - FOTO
14.10.2025 - 20:24
Şahmatçılarımız Avropa ikincisi olublar - FOTO

Gürcüstanın Batumi şəhərində təşkil edilən şahmat üzrə komandalar arasında Avropa çempionatında son turun partiyaları oynanılıb.

Apasport.az xəbər verir ki, IX turda qitə birinciliyinin liderlərindən olan kişi şahmatçılardan ibarət Azərbaycan millisi çempionatda ilk dəfə məğlubiyyət acısı yaşayıb.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət milli Serbiyaya məğlub olub 1-3.

Hesabat turunda Ukrayna komandası İngiltərəni üstələyib 2.5-1.5.

Yekunda hesabında 15 xalı olan Ukrayna komandası Avropa çempionatının qalibi olub.

13 xal toplayan Azərbaycan komandası yarışı ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülüb. Serbiya şahmatçıları bürünc medalla kifayətlənib.

Qadınlardan ibarət Azərbaycan komandası isə sonuncu görüşdə Polşaya yenilib - 1.5:2.5. Hesabında 10 xalı olan xanım şahmatçılarımız Avropa çempionatını 10-cu pillədə başa vurub.