Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirirlər.
Apasport.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub.
Onlar mötəbər yarışa Türkiyə Cüdo Federasiyasının Təhsil direktoru, VI dan qara kəmər sahibi Mehmet Yılmazın rəhbərliyi altında hazırlaşırlar.
Avropa çempionatı 31 may – 1 iyun aralığında Latviyanın paytaxtı Riqada keçiriləcək. Qitə yarışında ölkəmizi “nage-no-kata” və “katame-no-kata” üzrə 4 idmançı təmsil edəcək.
Cüdoçularımız turnirdən öncə, mayın 28–30-da Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
- Albert Riera: “İlk oyundan sonra belə hiss yarandı ki…”
- Aleksandr Səmədov: “Qarabağ”ın cütündə favorit görmürəm”
- “Arsenal”ın heyətində CİDDİ İTKİ
- "Sabah" onu əldən buraxmaq istəmir: Braziliyalıya 1 illik təklif