"İndiki məqamda "Neftçi"yə ən uyğun baş məşqçi olaraq məhz Bojoviçi gördük. Təcrübəli məşqçi üzərində seçim etdik. Məncə, daha yaxşı seçimdir. Bu regionda da çalışıb. Bir neçə namizəd üzərində danışıq gedirdi. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, o, "Neftçi"yə uyğun baş məşqçidir".
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Yens Andersson deyib.
İsveçli funksioner mətbaut konfransında monteneqrolunun baş məşqçi postuna təyinatının detallarını açıqlayıb: "Neftçi"də əvvəllər də tez-tez baş məşqçi dəyişikliyi olurdu. Hazırkı heyətimizə də uyğun məşqçi elə Bojoviçdir. Analizlər etdik, statistikaları incələdik. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, hazırkı an üçün ən düzgün seçimi etmişik".
- Aslan Kərimov: “Artıq “Neftçi” üçün məğlub olmaq normal sayılır”
- UEFA 2024-cü ildə klublarımıza 38 716 172 manat ödəyib
- UEFA reytinqi: AZƏRBAYCAN RUSİYANI GERİDƏ QOYDU
- Azərbaycan səfərdə Slovakiyaya qalib gəldi - C liqasında yerimiz təmin olundu
- "Lənkəran"ın oyunçusu: "Oyun planını icra etməkdə çətinlik çəkdik"