Millimizə tanış rəqiblər: Estoniya “Top-5”də
14.10.2023 - 12:36
![Millimizə tanış rəqiblər: Estoniya “Top-5”də](https://apasport.az/storage/news/2023/october/14/big/652a4e4196853652a4e41968541697271361652a4e4196851652a4e4196852.jpg)
AVRO-2024-ün seçmə mərhələsində Estoniyanın rəqibi olan Azərbaycan yığması tarixində 10-cu dəfə bu rəqiblə görüşüb.
Apasport.az xəbər verir ki, Baltikyanı ölkə təmsilçisi 10 və daha çox oyunda üz-üzə gəldiyimiz 5-ci komandadır.
Millimizə ən tanış rəqiblərin “Top-5”nə Moldova və Qazaxıstan başçılıq edir. Yığmamız bu komandaların hərəsi ilə 12 duelə çıxıb. Özbəkistan, Slovakiya və Estoniya ilə 10 qarşılaşma baş tutub.
Qeyd edək ki, 1992-ci ildə yaranan millimiz indiyədək 292 oyun keçirib.
0
0