Cüdoçularımız Göygöl Avropa kubokunda birinci yeri tutdu
05.05.2024 - 23:47
![Cüdoçularımız Göygöl Avropa kubokunda birinci yeri tutdu](https://apasport.az/storage/news/2024/may/05/big/6637e26b5876e6637e26b5876f17149384756637e26b587646637e26b58765.jpg)
4-5 mayda cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları 4 qızıl, 1 gümüş və 9 bürünc medal əldə edib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.
Cüdoçularımız turnirin ilk günündə 2 qızıl, 1 gümüş və 7 bürünc medal, yarışın ikinci günündə oğlanlar arasında 2 qızıl və 2 bürünc medal qazanıblar.
0
0