Cüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak ediblər
21.11.2024 - 17:45
![Cüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak ediblər](https://apasport.az/storage/news/2024/november/21/big/673f329758a66673f329758a671732194967673f329758a64673f329758a65.jpg)
Azərbaycan Cüdo Federasiyası tərəfindən Göygöl Olimpiya İdman Kompleksində müxtəlif regionlardan olan yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı təşkil olunub.
Apasport.az xəbər verir ki, 10 gün ərzində 100-ə yaxın potensiallı cüdoçu peşəkarlıq səviyyəsinin və hazırlıq göstəricilərinin artırılması məqsədilə intensiv məşq proqramında iştirak edib.
Təlim-məşq toplanışı gələn il keçiriləcək 18 yaşadək cüdoçular arasında ölkə birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədi daşıyır.
0
0