Cüdoçumuz “Yüksələn Ulduz” adına namizəddir
06.01.2025 - 22:50
![Cüdoçumuz “Yüksələn Ulduz” adına namizəddir](https://apasport.az/storage/news/2025/january/06/big/677c261475328677c2614753291736189460677c261475326677c261475327.jpeg)
Beynəlxalq Cüdo Federasiyası "Yüksələn Ulduz" adına namizədlər haqqında videorolik hazırlayıb.
Apasport.az xəbər verir ki, nominantlar arasında Azərbaycan cüdoçusu Nihad Məmişov da yer alıb.
Təmsilçimiz 2024-cü ildə Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya çempionatının qalibi olub.
Yanvarın 10-da başa çatacaq səsvermənin nəticələrindən sonra uğur qazanan cüdoçunun adı açıqlanacaq.
0
0