Daha 3 cüdoçumuz Avropa Çempionatında mübarizəyə başlayacaq
26.04.2024 - 09:48
![Daha 3 cüdoçumuz Avropa Çempionatında mübarizəyə başlayacaq](https://apasport.az/storage/news/2024/april/26/big/662b3d9573395662b3d95733961714109845662b3d9573393662b3d9573394.jpg)
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.
Apasport.az xəbər verir ki, üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev 73 kq-da tatamı üzərinə çıxacaq.
Zelim Tçkayev isə 81 kq çəki dərəcəsində rəqiblərini üstələməyə çalışacaq.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
0
0