DÇ: Uşangi Kokauri finalın bir addımlığında - YENİLƏNİR
10.10.2026 - 14:15
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Uşanqi Kokauri yarışa 1/16 final mərhələsindən başlayıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevə qalib gələrək 1/8 finala yüksəlib.
Kokauri bu mərhələdə Polşa təmsilçisi Yakub Sordili də üstələyərək 1/4 finala vəsiqə qazanıb.
O, bu mərhələdə millimizin digər üzvü Kənan Nəsibovla üz-üzə gəlib. Rəqibinə qalib gələn Kokauri yarımfinala yüksəlib.
0
0