“Barselona” İspaniya La Liqasında yeni tarix yazıb.
Apasport.az saytı xəbər verir ki, Kataloniya klubu doğma meydanda “Kadis”i (2:0) məğlub etməklə iki rekorda birdən imza atıb.
Son 22 turda qapısından cəmi 7 top buraxan komanda Primeroda ilkə imza atıb. Bunadək rekord 22 matçda 9 qol olub.
“Barselona” qapısını toxunulmaz saxlamaqda da İspaniya çempionatının ən yaxşısı adına yiyələnib. Kataloniyalılar La Liqada keçirilən 22 görüşün yalnız 5-də qol buraxıb ki, 17 “quru oyun”la rekord müəyyənləşdiriblər.
Bununla da "Barselona" 1993/94 mövsümündə 16 dəfə qapısında top görməyən "Deportivo"nun nailiyyətini geridə qoyub.
- “Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar
- “Neftçi” Toqo yığmasının yarımmüdafiəçisi ilə danışıqlara başladı
- Türkiyə millisinin futbolçusuna hücumda şübhəli bilinən 5 nəfər həbs edilib - YENİLƏNİB
- Azərbaycan UEFA reytinqində gerilədi
- UEFA-dan skandal səhv: Diqqətsizlikdən, yoxsa bilərəkdən? - Foto