“Mançester Siti” unikal rekorda imza atıb
31.03.2025 - 15:18
"Mançester Siti" səfərdə "Bornmut"a 2:1 hesabı ilə qalib gələrək İngiltərə kubokunun yarımfinalına yüksəlib.
Apasport.az "Squawka" nəşrinə istinadla xəbər verir ki, Xosep Qvardiolanın komandası rekorda imza atıb.
"Şəhərlilər" FA Kuboku tarixində ardıcıl 7 mövsümdə yarımfinala çıxan ilk komanda olub.
"Siti” turnirin finalına vəsiqə uğrunda “Nottingem Forest”lə qarşılaşacaq.
Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsüm kubokun qalibi olub. “Qırmızı şeytanlar” finalda “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib.
- Roys yeni klubu ilə anlaşıb
- Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- İdmançılarımız beynəlxalq turnirdə 5 qızıl medal qazanıblar - FOTO
- Ayxan Abbasov: “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür"
0
0