"Mançester Yunayted"in yeni hücumçusu
25.12.2023 - 22:50
"Mançester Yunayted" hücum xəttinə yeni futbolçu axtarışındadır.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubu "Bolonya"nın hücumçusu Coşua Zirkze ilə maraqlanır.
22 yaşlı niderlandlı futbolçu əvvəllər "Bavariya"da çıxış edib. Danışıqlara start verən “mankunianlar”ın bu transferə 30-35 milyon avro ödəyəcəyi təxmin olunur.
Qeyd edək ki, bu mövsüm 19 görüşdə meydana çıxan Zirkze 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Dünya çempionlarımız Vətənə qayıdıb
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- III MDB Oyunları: Azərbaycanın daha bir atıcısı gümüş medal qazanıb
- Azərbaycan yığması serbiyalı mütəxəssisə tapşırıldı
- Birinci Liqa: "Qəbələ" "Qaradağ Lökbatan"ı, “İmişli” “Difai Ağsu”nu darmadağın etdi - YENİLƏNİB
0
0