Əbu-Dabidə 6 cüdoçumuz yarışa başlayır
11.10.2024 - 11:44
![Əbu-Dabidə 6 cüdoçumuz yarışa başlayır](https://apasport.az/storage/news/2024/october/11/big/6708d75fec78f6708d75fec79017286326716708d75fec78b6708d75fec78e.jpg)
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri start götürür.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilər arasında -60 kq. çəkidə Rövşən Əliyev və Əhməd Yusifov, -66 kq. çəkidə Kəramət Hüseynov və Ruslan Paşayev medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva, -57 kq. çəkidə Acelya Toprak güclərini sınayacaq.
İlkin görüşlər saat 11:00-da başlayacaq.
0
0