Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda 2 qızıl, 2 gümüş və 6 bürünc medal əldə edib.
Avropa Kubokunun ikinci günündə 73 kq çəkidə Səid Şərifov, , 81 kq-da Amin Mehdiyev və Abdullah Rəhmətov, +90 kq-da Sübhan Axundov bürünc medal əldə edib.
Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Qeyd edək ki, iki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
- "Hakken"in baş məşqçisi: "Əsl İsveç havasıdır - yağışlı, küləkli... "
- AVF rəsmisi beynəlxalq matça supervayzer təyin edilib
- "Qarabağ" yeni qapıçısı pley-off matçlarında iştirak edəcək
- Eldəniz Əzizli: “4-cü dəfə dünya çempionu olmağa çalışacağam”
- DÇ-də istilər də rəqib olacaq – Norveç millisi ilk siqnalı verdi