Millimiz Xorvatiyada 2 medal qazanıb
06.04.2025 - 01:57

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında Avropa kuboku start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə cüdoçularımız 2 bürünc medal əldə edib.
Kişilər arasında 73 kq çəki dərəcəsində Kamran Süleymanov və qadınların mübarizəsində isə 78 kq çəkidə Nərmin Əmirli üçüncü yeri tutublar.
Qeyd edək ki, turnirdə 39 ölkədən 413 idmançı mübarizə aparır.
- Qvardiolanın bəyəndiyi yarımmüdafiəçi
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"
- Millimizin üzvü oynadı, komandası məğlub oldu
- “Yunayted” utanılası tilsimi qırdı: 6 ildən sonra ilk dəfə
- Azərbaycan Prezidenti və vitse-prezidenti türkiyəli idmançıları təbrik etdi
0
0