Mayın 4-ü və 5-i tarixlərində Qazaxda U-14 və U-17 yeniyetmələr arasında Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qazax Olimpiya İdman Kompleksində baş tutacaq yarışlarda ümumilikdə 310 cüdoçu iştirak edəcək.
Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
- “Zirə”dən seriyaya davam, “Turan-Tovuz” uduzdu - YENİLƏNİB
- Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar
- Keyn "Bavariya"dan əlavə 250 min avro alacaq
- Konate: “Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq“
- Ramazan Abbasov: “Futbol adamları onların sayəsində sakit dayanıblar” - OFSAYD