Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
İyulun 29-31-də Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq yarışda 86 klub və idman cəmiyyətini təmsil edən 670 idmançı (523 oğlan, 147 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
Bildirilib ki, bu, cari ildə U-17 Liqa yarışının son turu olacaq. Turnirin nəticələri idmançıların reytinq cədvəlinin yekun formalaşmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, yarışın yekununda formalaşacaq reytinq cədvəli əsasında yeniyetmə cüdoçuların növbəti beynəlxalq turnirlərdə iştirakı üçün seçim aparılacaq.