Ağ Evdə şok nokaut – Qan Pereyranı taxtdan saldı
15.06.2026 - 08:10
Siril Qan UFC gecəsində Aleks Pereyranı məğlub edərək ağır çəkidə çempionluq kəmərinə sahib çıxıb.
Apasport.az xəbər verir ki, Ağ Evdə təşkil olunan döyüş gecəsində fransalı idmançı güclü rəqibi ilə üz-üzə gəlib.
Qan rəqibini ikinci raundda nokauta salaraq titulu əldə edib. Bununla da Pereyranın UFC tarixində üç fərqli çəkidə çempion olmaq arzusu baş tutmayıb.
Qan – Pereyra döyüşü ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda keçirilib. Döyüşdən əvvəl kəmər vakant idi.
Qeyd edək ki, Aleks Pereyra bu döyüşə qədər UFC-də iki fərqli çəkidə çempion olmuşdu.
0
0