III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Azərbaycanda
24.09.2025 - 15:00
III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətlərinin ölkəmizə gəlişi davam edir.
Apasport.az xəbər verir ki, bu gün Rusiyadan olan idmançılar Gəncə Beynəlxalq Hava Limanına eniş ediblər.
Onlar stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaqlar.
Gəncə Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
- A Seriyasından Premyer Liqaya
- “Malmö”nün baş məşqçisi: “Qarabağ” “Sparta” və “Reyncers”dən güclü komandadır”
- Mirzov: "Məlum videodan sonra "Sumqayıt"a qalib gəlməliydik"
- Millimizin Moldova toplanışı üçün yekun heyəti açıqlanıb
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
0
0