Milli atıcımızdan Avropa çempionatında bürünc medal
11.02.2025 - 23:52
Estoniyanın paytaxtı Tallində 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə Avropa çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, Leyli Əliyeva 18 yaşadək qızlar arasında solo yarışda fəxri kürsüdə yer alıb.
Azərbaycanlı atıcı bürünc medal qazanıb.
Leyla 3-cü yer uğrunda görüşdə gərgin mübarizədən sonra Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Avropa çempionatında fevralın 15-də yekun vurulacaq.
- Yığmamızdan dördüncü darmadağın
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
- “Zirə”nin müdafiəçisi: “Qarabağ”a qarşı oynamaq o qədər də çətin deyil” - Müsahibə
- “Neftçi” finalın biletlərini satışa çıxardı
- “Araz”ın rəqibi sabiq “Qalatasaray”lını heyətinə qatıb
0
0