Narkotik maddədən istifadə etdiyi üçün cəzalandırıldı
16.09.2025 - 22:42
Narkotik maddədən istifadə etdiyi üçün cəzalandırıldı

"Spartak" klubunun xokkeyçisi İvan Morozov cəzalandırılıb.

Apasport.az xəbər verir ki, onun kokaindən istifadə etdiyi bəlli olub.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Xokkeyçinin dopinq nümunəsində narkotik maddənin izləri aşkarlanıb.

Daha öncə Morozovun dopinq testinin müsbət çıxdığı məlum olub. O, müvəqqəti olaraq məşqlərdən və matçlardan uzaqlaşdırılıb.