Nigar Nəsirova lisenziya turnirinin final mərhələsində
14.04.2024 - 13:23

Güllə atıcılığı üzrə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Təsnifat Turniri start götürüb.
Apasport.az xəbər verir ki, milli komandamızın snayperi Nigar Nəsirova 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada final mərhələsinə yüksəlib.
O, təsnifat mərhələsində 578 xal yığıb. Nəsirova yarışı uğurla başa vurarsa, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.
Qeyd edək ki, güllə atıcılığında Ruslan Lunyov Olimpiadaya vəsiqəni təmin edib.
- Bəxtiyar Musayev Skautlar şöbəsinə rəis təyin olunub
- Alfonso Dominqes: "Növbəti olimpiadada qızıl medal qazanacağam"
- "Mançester Yunayted"in yarımmüdafiəçisi klubunu dəyişə bilər
- Azərbaycan yığması Millətlər kubokunda iştirak edəcək
- Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar"
0
0