“İnter Mayami” argentinalı futbolçunu komandada saxlayacaq
12.12.2025 - 19:26
“İnter Mayami” argentinalı futbolçunu komandada saxlayacaq

“İnter Mayami” “Atletiko Madrid”dən icarəyə götürdüyü Rodriqo De Paul ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, MLS təmsilçisi argentinalı yarımmüdafiəçini komandada saxlamaq niyyətindədir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ klubu Argentina millisinin üzvü üçün müqavilədə qeyd olunan 15 milyon avroluq satınalma məbləğini La Liqa təmsilçisinə ödəyəcək.

31 yaşlı futbolçu ilə 2029-cu ilin sonunadək qüvvədə olacaq yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Rodriqo De Paul bu ilin yayından “İnter Mayami”də çıxış edir. Təcrübəli yarımmüdafiəçi komandanın heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.