Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə beynəlxalq dərəcəli hakim Alper Gülerin rəhbərliyi altında kamandan oxatma idman növü üzrə hakimlik təlimi keçirilib.
Apasport.az xəbər verir ki, ümumilikdə 22 nəfərin qatıldığı təlimdə beynəlxalq standartların tətbiqi, hakimlik prosesinin düzgün idarə olunması və praktiki situasiyaların təhlili üzrə bilik və bacarıqlar artırılıb.
Təlim iştirakçıları arasında parakamandan oxatma üzrə məşqçilər və idmançı da yer alıb ki, bu da prosesin daha inklüziv və geniş əhatəli şəkildə təşkil olunmasına şərait yaradıb.
Bu gün keçirilən imtahanın ardından iştirakçılara Federasiyanın baş katibi Fərid Xəlilov və hakim Alper Güler tərəfindən sertifikatlar təqdim olunub.
Təlimin məqsədi kamandan oxatma idmanında hakimlik keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğun peşəkar kadrların hazırlanmasıdır.