Təmsilçimiz Sofiyada ikinci qızıl medalını qazanıb
10.07.2025 - 09:32
Azərbaycan idmançısı Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunun ikinci günündə D qrupunda uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığmamızın üzvü Maqsud Tahirli fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
O, 3 metrlik tramplindən tullanışda bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Bununla da, Maqsud Sofiyada ikinci qızıl medalını qazanıb. Tahirli 5 metrlik platformadan tullanışda da bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, yarışda 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.
- ABL: XII tura bu gün start veriləcək
- Karateçilərimiz dünya çempionatında uğurlu çıxışları ilə yadda qalıblar
- "Qarabağ"ın futbolçusu Mahmud Qurbanovun rekordunu təkrarlayıb
- Nicat Abasov: “Dünya Kubokunda bu qədər irəliləyəcəyimi gözləmirdim”
- Basketbol millimiz Avropa çempionatında final oyununa çıxacaq
0
0