Ukraynalı idmançı diskvalifikasiya olunub
09.10.2024 - 19:31
![Ukraynalı idmançı diskvalifikasiya olunub](https://apasport.az/storage/news/2024/october/09/big/6706a221a5d396706a221a5d3a17284879696706a221a5d376706a221a5d38.jpeg)
Ukraynalı biatlonçu Vika Semerenko diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, o, yarışlardan 1 illik kənarlaşdırılıb.
Bu barədə Ukrayna Milli Antidopinq Mərkəzi məlumat yayıb. 38 yaşlı idmançı bir il ərzində 3 dopinq-testdən keçmədiyi üçün cəzaya məruz qalıb.
Onun diskvalifikasiya müddəti 2024-cü ilin martından hesablanacaq.
Qeyd edək ki, Semerenko Soçi-2014 Qış Olimpiadasının qızıl medalçısıdır.
0
0