Azərbaycan çempionatı və Bakı birinciliyinin vaxtı bəlli olub
28.04.2025 - 12:03
Aerobika gimnastikası üzrə 9-cu Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirin başlama vaxtı bəlli olub.
Yarış mayın 8-də start götürəcək.
2 gün davam edəcək çempionat Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunacaq.
Yarışda ölkənin aerobika gimnastikası üzrə ən istedadlı gimnastları bir araya gələcəklər. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq qarışıq cütlük, üçlük və qrup proqramlarında çıxış edəcəklər.
- Regekampf: "O, tezliklə Azərbaycan pasportu alıb milliyə də kömək edər"
- Mahir Şükürov: "Estoniyaya uduzsaq, biabırçılıq olar"
- Ralf Ranqnik: "Heç bir ruh düşkünlüyü yoxdur"
- “Quba”nın baş məşqçisi: “Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq”
- "Qarabağ" azarkeşlərini kədərləndirən xəbər : Juninyonu izləməyə gəlirlər
0
0