Dünya çempionatında çıxış edəcək millimizin heyəti bəllidir
17.09.2024 - 10:46
Sentyabrın 19-22-də Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda mübarizə aparacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.
Komandada qarışıq cütlüklərdən Ağasif Rəhimov - Raziyə Seyidli, Milana Əliyeva - Sabir Ağayev, kişi dueti Murad Rəfiyev - Daniel Abbasov, həmçinin Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Əl-Meşaihi yer alıb.
Heyətə İradə Qurbanova və Leyla Əliyeva rəhbərlik edir. Dürdanə Əhmədova isə çempionatda ölkəmizi hakim kimi təmsil edəcək.
- “Gəncə”nin kapitanı: "Bu görüşə xüsusi motivasiya ilə çıxacağıq"
- Rahil Məmmədovun komandası qalib gəldi
- "Fənər" və "Qalatasaray" onun üçün yarışır: Ulduz futbolçunun seçimi bəllidir
- “Barselona” 3 futbolçunu məşqə buraxmır
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
0
0