Özil karyerasını bitirdi
03.02.2023 - 17:18
Almaniya millisinin sabiq futbolçusu Məsut Özil karyerasını bitirib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə qərarı “Başakşəhər”in yarımmüdafiəçinin özü verib.
Özil Türkiyə Super Liqasının XX turunun “Kayserispor”la oyunundan (0:1) sonra məşqçilər tərəfindən ciddi tənqid olunub. Bundan narazı qalan 34 yaşlı futbolçu məşqə gəlməyib və komanda yoldaşlarına karyerasını bitirdiyini bildirib.
Qeyd edək ki, Özil bunadək “Fənərbaxça”, “Arsenal”, “Real” və “Şalke”də çıxış edib. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub.
- Türkiyə kuboku: "Konyaspor" - "Qalatasaray" matçının tarixi bəlli olub
- Audiovizual Şura "Neftçi TV" üçün platforma yayımçısı lisenziyasını ləğv edib
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- Youssef En-Nesri "Fənərbaxça"da - Rəsmi
- Fatih Terim “Panatinaikos”da ilk dəfə məğlub oldu
0
0