AFFA “Qəbələ”nin futbolçusunun cəzasını ləğv etdi
07.10.2022 - 17:53
![AFFA “Qəbələ”nin futbolçusunun cəzasını ləğv etdi](https://apasport.az/storage/news/2022/october/07/big/63402faad218663402faad2187166515089063402faad218263402faad2184.jpg)
AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, qurum “Qəbələ”nin müraciətinə baxıb.
Tribunal İntizam Komitəsinin Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunub. Futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və kluba tətbiq olunan 1600 manatlıq cərimə ləğv edilib.
Qeyd edək ki, yarımmüdafiəçi “Sumqayıt”la matçda qırmızı vərəqə aldığı üçün cəzalanmışdı.
0
0