Azərbaycanın yunan-Roma güləşçisi əməliyyat olunub
04.02.2026 - 11:58
Azərbaycanın yunan-Roma güləşi millisinin üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Çiyin nahiyəsindən uğurlu əməliyyat keçirən güləşçi 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.
Qənizadə 4-6 aydan sonra yarışlarda iştirak edə biləcək.
- “Qalatasaray” – “Barselona” matçına italiyalı hakim
- Şahmatçımız ermənistanlı rəqibini qabaqladı - AVROPA ÇEMPİONU OLDU
- Basketbol üzrə Avroliqanın qalibi müəyyənləşib
- Barış Alper Yılmaz karyerasını Almaniyada davam etdirə bilər
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
0
0