“İmişli” yeni loqosunu təqdim edib
16.07.2026 - 16:15
“İmişli” yeni loqosunu təqdim edib

“İmişli” yeni loqosunu ictimaiyyətə təqdim edib.

Apasport.az xəbər verir ki, klubun yeni vizual kimliyi komandanın dəyərlərini və gələcək hədəflərini əks etdirir.

Loqonun mərkəzində yer alan pələng gücün, cəsarətin və qələbə əzminin, qalxan isə birlik və mübarizə ruhunun rəmzi kimi seçilib.

Loqoda istifadə olunan tünd göy rəng Araz çayını və inkişafı, qızılı rəng isə İmişlinin bərəkətini, zəhmətini və uğurlarını simvolizə edir.

Emblemdə yer alan “22” rəqəmi klubun təsis olunduğu 2022-ci ilə işarə edir və qısa müddətdə formalaşan ənənələrə, həmçinin gələcəyə inamı ifadə edir.