Azərbaycanlı idmançı 4 illik diskvalifikasiya olunub
27.03.2026 - 15:49
Azərbaycan güləşçisi Sabir Cəfərov 4 illik diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qərar qəbul edib.
Bildirilib ki, idmançı iki maddəyə əsasən cəza ilə üzləşib.
Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.
Qeyd edək ki, 2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.
0
0